Sel fəlakəti: Ölənlər var
    • 22-07-2024, 12:54
    • 143

Sel fəlakəti: Ölənlər var

Gecə saatlarında Çinin cənub-qərbindəki Siçuan əyalətinə yağan güclü yağış daşqınlara səbəb olub.

News24.az xəbər verir ki, Yaan şəhərinin Hanyuan rayonunda çayda suyun səviyyəsinin artması nəticəsində azı 40 evə ziyan dəyib. Bir kənddə qapalı qalan 60 adam qruplar tərəfindən xilas edilib.

Səlahiyyətlilərin verdiyi açıqlamada sel fəlakəti nəticəsində 10 nəfərin öldüyü, 15 nəfərin yaralandığı, 29 nəfərin itkin düşdüyü bildirilib.

Yaralıların yaxınlıqdakı xəstəxanalara aparıldığı və həyatlarının təhlükədə olmadığı öyrənilərkən, sel bölgəsində yaşayan 412 nəfər təxliyə edilib.

İtkin düşənlərin tapılması üçün pilotsuz uçuş aparatları, axtarış-xilasetmə itləri və detektorlarla xilasetmə əməliyyatına başlanılıb.

Qeyd edək ki, Şaansi əyalətində də güclü yağışlar zamanı Şanluo şəhərində avtomobil yolu körpüsü uçub. Ən azı 20 avtomobilin körpünün altından keçən Jinqian çayına düşməsi nəticəsində həyatını itirənlərin sayı 15-ə yüksəlib.1630 nəfərin, 205 texnikanın, 63 gəminin və 6 axtarış itinin iştirak etdiyi xilasetmə əməliyyatı ən azı 30 itkin düşmüş şəxsin tapılması istiqamətində davam edir.

Günel Məlikzadə