Şagirdlər tortdan zəhərləndilər - Xəstəxanalıq oldular
    • 16-09-2024, 15:55
    • 205

Şagirdlər tortdan zəhərləndilər - Xəstəxanalıq oldular

Türkiyədə şagirdlər tortdan zəhərləniblər.

News24.az bakupost.az-a istinadla xəbər verir ki, Şanlıurfanın Haliliye rayonunda İbni Sina İbtidai məktəbində şagirdlər çöldən tort alıblar.

Tortu yeyən şagirdlərdən bəzilərinin ürəkbulanma, ağrı və ishal şikayəti ilə məktəbə sağlamlıq qrupları çağırılıb.

Qidadan zəhərlənmə şübhəsi ilə 6 şagird təcili tibbi yardım maşını ilə şəhərdəki xəstəxanalara aparılıb.

Müalicələri bitdikdən sonra evə buraxılacaqlar.

Məsələ ilə bağlı Haliliye İlçe Milli Təhsil Müdirliyi tərəfindən araşdırma başladılıb.