-
- 16-09-2024, 21:15
- 6 255
90 yaşlı dostların uzun ömür sirri: "Hər səhər içirik"
Türkiyə Dadağlı rayonunda yaşayan 90 yaşlı Pakize Tosun, Ümmü Kılıç və Ümmü Ergin hər il qış yeməyini birlikdə hazırlayırlar.
News24.az xəbər verir ki, xüsusən də üçü həmişə birlikdə evdə tarhana hazırlayırlar. 90 yaşlı qadın üç məhəllə dostu və gəlinləri ilə birlikdə səhərin ilk işığında quruması üçün evlərinin üstündəki betonun üzərinə təzə tarhananı səpməyə başlayıb.
Pakize Tosun uzun ömür sürmələrinin sirrinin tarhana şorbasından asılı olduğunu bildirib:
"Qış aylarında hər gün səhər yeməyində tarhana şorbası hazırlayırıq və içirik. Ramazanda belə iftarı tarhana şorbası ilə açırıq. Azyaşlı uşaqlarımıza da yedizdiririk. Tarhana ilə çox yaşayın. Ətrafımızda bir deyim var. Tarlaya qədər tarhana, günortaya qədər bulgur".
Günel Məlikzadə