Azərbaycanın tolerantlıq modelini qorumaq, yeni nəsillərə ötürmək hərbirimizin BORCUDUR
    • 13-06-2019, 17:09
    • 815

Azərbaycanın tolerantlıq modelini qorumaq, yeni nəsillərə ötürmək hərbirimizin BORCUDUR

Azərbaycanda dövlət-din münasibətlərinin sağlam şəkildə qurulub,ictimai-siyasi sabitlik və əmin-amanlıq hökm sürür. Ölkəmizdə bütündünyaya nümunə ola biləcək dövlət-din münasibətləri, tolerantlıq,multikulturalizm, birgəyaşayış ənənəsi formalaşıb.

Azərbaycanın bu nümunəvi modelini qorumaq, yeni nəsillərə ötürmək hər birimizin borcudur. Bu fikirlər iyunun 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK)və Şabran Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkil etdiyi “Diniekstremizm – ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar-müşavirədə söylənilib. Seminar-müşavirədə din sahəsində mövcud problemlər, dini radikalizmə vəekstremizmə qarşı mübarizə sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, tədbirdə DQİDK və Şabran RİH rəhbərliyi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı, BaşProkurorluğun, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsləri, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının icra və hüquq-mühafizə orqanlarının rəsmiləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edib.

Seminar-müşavirədə təqdimatla çıxış edən DQİDK-nin sədr müavini Səyavuş Heydərov bildirib ki, milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri ilə yanaşı, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var. Gənclərimizin radikal dini təsirlərdən qorunması üçün milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması vacibdir. Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə bu istiqamətdə mühüm addımlar atılıb. Prezident İlham Əliyev tərəfindən adət-ənənələrimizin, milli-mənəvi və əxlaqi dəyərlərimizin qorunmasına diqqət və qayğı göstərilir.

Səyavuş Heydərov dini radikalizm, ekstremizm və onların fəsadları barədədə ətraflı məlumat verib. Dövlət Komitəsinin sədr müavini diqqətə çatdırıb ki, bəzi qruplar tərəfindən din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına yönəlmiş pozuculuq fəaliyyətlərinə cəhdlər edilir. Bu cür hallara qarşı dövlət qurumları tərəfindən ciddi mübarizə aparılır.

DQİDK-nın sədrmüavini, eyni zamanda, vurğulayıb ki, olduqca mürəkkəb, qlobal güclərinmaraqlarının bir çox sferada toqquşduğu, habelə siyasi iddiası böyükolan dövlətlərin mübarizə meydanına çevrilən regionda yerləşən ölkəmizəqarşı bir sıra istiqamətlərdən, o cümlədən dini mövqedən təhdidlərinsəngimədiyi müşahidə olunur. Bu kontekstdə ən önəmli amillərdən biri dədini təhlükəsizlik məsələsidir.Tədbirdə, həmçinin dini radikal və ekstremist fəaliyyətin ictimaitəhlükəsizliyə açıq təhdid olduğu, ona qarşı müştərək mübarizəninvacibliyi vurğulanıb. Dini radikalizm və ekstremizmə qarşı mübarizə vəbu sahədə qanunların tələblərinə riayət edilməsi istiqamətində görüləntədbirlərdən bəhs olunub.