-
- 14-06-2019, 10:04
- 2 633
Ornella Muti həbs olunacaq - SƏBƏB PUTİNDİR - FOTO
İtalyalı məşhur aktrisa Ornella Muti həbs oluna bilər.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisanın həbsinə səbəb 2010-cu ildə onun iştirakı ilə baş tutmalı olan tamaşada xəstəlik bəhanəsi ilə çıxış etməməsidir. O.Muti həmin vaxt həkimdən xəstə olması ilə bağlı saxta sənəd təqdim edib. Buna baxmayaraq o, tamaşanın baş tutmalı olduğu saatlarda Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinin də iştirak etdiyi şam yeməyinə qatılıb.
Məsələ ilə bağlı məhkəməyə müraciət edən teatr rəhbərliyi aktrisanın 6 aylıq həbsini və ya 30 min avro dəyərində təzminat tələb edib. Ornella Muti isə hər kəs üzr istəyərək həqiqətən də laringofaringitdən əziyyət çəkdiyini buna görə də tamaşaçıların qarşısına çıxa bilmədiyini açıqlayıb. O, həmçinin baş tutan şam yeməyinə qatılmasına da aydınlıq gətirib. Aktrisanın sözlərinə görə, tamaşadan fərqli olaraq dəvətdə onun danışmaq kimi məcburiyyəti olmayıb.