-
- 18-09-2024, 12:53
- 511
Kənan Yıldız Del Pieronu geridə qoydu
“Yuventus” UEFA Çempionlar Liqasının yeni formatı ilə ilk oyununu PSV-yə qarşı keçirib.
News24.az xəbər verir ki, 21-ci dəqiqədə qara-ağları 1-0 önə çıxaran Kənan Yıldız Nəhənglər Liqasının yeni formatında qol vuran ilk futbolçu olub.
Digər tərəfdən, 19 yaşlı ulduz futbolçu "Yuventus"un əfsanəsi Del Piero (20 yaş 308 gün) geridə qoyub və Çempionlar Liqası tarixində qolu qeyd edən ən gənc "Yuventus" futbolçusu olub.
Günel Məlikzadə