-
- 18-09-2024, 23:06
- 292
Google-un 1,49 milyardlıq cəriməsi LƏĞV OLUNDU
Mərkəzi ofisi Lüksemburqda olan və Aİ-nin ən yüksək məhkəməsi olan Avropa Ədalət Məhkəməsinin strukturuna daxil olan Baş Məhkəmə, Google-un Aİ Komissiyasının tətbiq etdiyi cəriməyə qarşı açdığı iddiada qərarını açıqlayıb.
News24.az xəbər verir ki, məhkəmə, Aİ Komissiyasının 5 il əvvəl Google-a AdSense internet reklam xidmətində bazar üstünlüklərindən sui-istifadə etdiyinə görə tətbiq etdiyi 1,49 milyard avro cəriməni ləğv edib.
Məhkəmə, Komissiyanın Google-u təxminən 1,5 milyard avro cərimələdiyi qərarda müqavilə bəndlərinin müddətinin qiymətləndirilməsində səhvlərə yol verildiyini qərarlaşdırıb.
Qeyd edək ki, Google AdSense veb sayt sahibləri və reklam verənlər arasında vasitəçi rolunu oynayır.
Məryəm İlhamqızı