Microsoft-dan 100 milyardlıq sərmayə
    • 18-09-2024, 22:55
    • 256

Microsoft-dan 100 milyardlıq sərmayə

Texnologiya və maliyyə dünyasının nəhəng adları olan Microsoft və BlackRock süni intellekt infrastrukturlarını gücləndirmək üçün güclərini birləşdirir. Microsoft-un rəhbərlik etdiyi Qlobal Süni İntellekt İnfrastruktur İnvestisiya Tərəfdaşlığı (GAIIP) süni intellekt üçün məlumat mərkəzləri və onları qidalandıracaq enerji infrastrukturunun inkişafı üçün 100 milyard dollara yaxın sərmayə qoymağı hədəfləyir.

News24.az xəbər verir ki, bu həftə elan edilən əməkdaşlığa, həmçinin BlackRock tərəfindən alınması prosesində olan infrastruktur investoru Global İnfrastructure Partners (GIP) və Birləşmiş Ərəb Əmirliklərində yerləşən texnologiya investoru MGX daxildir. Tərəfdaşlıq ilk mərhələdə 30 milyard dollar kapital yaratmağı, borc maliyyələşdirməsi də daxil olmaqla, gələcəkdə bu rəqəmi 100 milyard dollara çatdırmağı planlaşdırır.

Microsoft-un baş direktoru Satya Nadella, bu təşəbbüsün gələcəyin infrastrukturunu qurmaq və davamlı şəkildə gücləndirmək üçün maliyyə və sənaye liderlərini bir araya gətirdiyini vurğulayaraq, "Biz süni innovasiyanın innovasiyaları inkişaf etdirməsini və iqtisadiyyatın hər bir sektorunda artımı təmin etmək öhdəliyimizə sadiqik" dedi.



Günel Məlikzadə