-
- 19-09-2024, 10:49
- 472
Ferdi Kadıoğlu Brayton-da ilk qolunu vurdu
İngiltərə Liqa Kubokunun 3-cü raundunda "Brighton & Hove Albion" və "Vulverhempton" qarşılaşıb.
News24.az xəbər verir ki, futbolçu Ferdi Kadıoğlunun çıxış etdiyi "Brighton & Hove Albion" qarşılaşmada 3-2 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
“Brayton”a qələbə qazandıran qolları 14-cü dəqiqədə Karlos Baleba, 31-ci dəqiqədə Simon Adinqra və 85-ci dəqiqədə Ferdi Kadıoğlu vurub. "Vulverhempton"un qollarını 44-cü dəqiqədə Qonçalo Quedes, 90+1-ci dəqiqədə isə Tomas Doyl vurub.
Günel Məlikzadə