Ferdi Kadıoğluna rekord təklif
    • Bu gün, 17:42
    • 47

Ferdi Kadıoğluna rekord təklif

"Fənərbaxça" və Milli Komanda ilə oyunu ilə diqqət çəkən Ferdi Kadıoğlu üçün transfer marağı artır.

News24.az xəbər verir ki, bir müddət əvvəl İngiltərə Premyer Liqa təmsilçisi "Brayton"un milli futbolçu üçün sarı-göylü kluba 33 milyon avroluq təklif etdiyi iddia edilmişdi.

İngiltərə klubunun təklifini 35 milyon avroya yüksəltdiyi iddia edilib.

Sarı-göylü rəhbərliyin 24 yaşlı futbolçu üçün verəcəyi qərar maraq doğurur.

"Fənərbağça"nın heyətində 202 rəsmi matçda forma geyinən Ferdi bu matçlarda 18 qol vurub, 22 məhsuldar ötürmə edib.

Günel Məlikzadə