Ferdi Kadıoğlu "Fənərbağça"dan niyə ayrıldığını açıqladı
    • 16-09-2024, 17:54
    • 443

Ferdi Kadıoğlu "Fənərbağça"dan niyə ayrıldığını açıqladı

Ferdi Kadıoğlu "Fənərbağça"dan "Brighton"a keçdikdən sonra ilk dəfə danışıb.

News24.az xəbər verir ki, şənbə günü Premyer Liqa səhnəsinə çıxan milli futbolçu “New York Times” qəzetinə müsahibəsində geridə qoyduğu prosesdən danışıb.

24 yaşlı futbolçu karyerasının inkişafı üçün düzgün addım atdığını bildirib.

Ferdi, "Altı ildən sonra "Fənərbaxça"dan ayrılmaq çətin idi. Azarkeşlər məni sevdi, mən də klubu çox sevirdim. Onların qarşısında oynamaq imtiyaz idi. Ancaq AVRO 2024-dən sonra bir oyuna getməyin vaxtı gəldi. Brighton təqdim etdiyi plan maraqlı idi. Daim böyük klublara oyunçu satan bir komandadan eşitdiyim bu layihəyə inanırdım" dedi.

Ferdi "Fənərbağça"da Joze Mourinyo ilə keçirdiyi qısa müddəti də dəyərləndirib.

Ferdi, "Mourinyo ilə 3 həftə işlədim, amma böyük dərs aldım. Oyunda mümkün ssenarilərə görə meydanda hərəkət etməyi öyrəndim. O, qalib gəlməyi sevir, sadəcə qalib gəlmək istəyir" dedi.

Onu da qeyd edək ki, İngiltərə komandasına 30 milyon avroya imza atan milli futbolçu "Fənərbağça"ya tarixinin ən yüksək transfer gəlirini gətirib.

Günel Məlikzadə