Tələbə yataqxanasında şübhəli ölüm... - Qan içində tapıldı!
    • 19-09-2024, 21:15
    • 358

Tələbə yataqxanasında şübhəli ölüm... - Qan içində tapıldı!

Kadıköydə qızlar yataqxanasında qalan 25 yaşlı K.A yataqxananın bağçasında ölü tapılıb.

News24.az xəbər verir ki, hadisə səhər saatlarında Dumlupınar məhəlləsi Volkan küçəsində yerləşən özəl Ali Təhsilli Qızlar Yataqxanasında baş verib. 

İddiaya görə, yataqxana işçiləri qan içində yerdə uzanmış bir şəxsi görüblər.

Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb qrupları göndərilib. Hadisə yerinə gələn həkimlər 25 yaşlı K.A-nın öldüyünü müəyyən ediblər. 

Hadisə yerində araşdırmalar tamamlandıqdan sonra meyit yarılma üçün Ədliyyə Tibb İnstitutuna aparılıb.

Məryəm İlhamqızı


News24.az

Qaynar xətt: 099 270 77 77