Silahlı hücum: Ölən var
    • 5-04-2024, 09:18
    • 563

Silahlı hücum: Ölən var

İstanbulun Atatürk Məhəlləsi Çağdaş küçəsində avtomobilindən düşmək istəyən Məsut A. şəxsiyyəti məlum olmayan şəxslərin hücumuna məruz qalıb.

News24.az xəbər verir ki, xəbərdarlıqdan sonra hadisə yerinə polis və tibb işçiləri göndərilib.

Həkimlər Məsut A.-nın öldüyünü müəyyən ediblər. Polis qrupları küçənin giriş-çıxışlarını bağlayıb.

Hadisə yeri araşdırma qrupları ərazidə çox sayda boş patron aşkar edib.

Məsud A-nın cansız bədəni İlhan Varank Təhsil və Araşdırma Xəstəxanasının meyitxanasına yerləşdirilib, avtomobili isə evakuatorla hadisə yerindən çıxarılıb.

Günel Məlikzadə