-
- 19-09-2024, 22:35
- 244
Əlverişsiz hava şəraiti sel və daşqınlara SƏBƏB OLDU
İtaliyada şiddətli fırtınalar və şiddətli yağışlar şimaldakı Emiliya-Romanya bölgəsində sel və daşqınlara səbəb olub, mindən çox insan evlərindən təxliyə edilib.
News24.az xəbər verir ki, Mərkəzi Avropada can və mal itkisinə səbəb olan "Boris" fırtınası İtaliyanın şimalındakı bölgələrdən biri olan Emiliya-Romanyada da öz təsirini göstərməyə başlayıb.
İtaliyanın ANSA agentliyinin xəbərində dünən başlayan və gecə boyu davam edən yağışların Senio, Marzeno və Lamone kimi bölgədən keçən bəzi çay və dərələrdə daşqınlara səbəb olduğu bildirilib.
Bildirilib ki, bölgədə əlverişsiz hava şəraitindən ən çox zərər çəkən şəhərlər Bolonya, Çesena, Forli, Ravenna, Faenza və Rimini olub.
Qeyd olunub ki, Ravenna şəhəri yaxınlığındakı Senio çayında daşqın nəticəsində Kastel Bolonye şəhərinin mərkəzi su altında qalıb.
Ravenna ətrafında təxliyə edilən 800 nəfərlə yanaşı, Bolonya ətrafında 165 nəfərin də evlərini tərk etməli olduğu və yerli hökumətlərin verdiyi qonaq evlərində gecələdiyi bildirilib.
Əlverişsiz hava şəraiti ilə əlaqədar Bolonya, Çesena, Forli, Rimini və Ravenna məktəblərində bu gün üçün tədris dayandırılıb, bölgədəki 5 dəmir yolu xəttində nəqliyyat dayandırılıb.
Baş nazirliyin Mülki Müdafiə Departamenti də Emilia-Romagna bölgəsi üçün "qırmızı" xəbərdarlıq edib.
Məryəm İlhamqızı
News24.az
Qaynar xətt: 099 270 77 77