Smartfonun batareyalarını uzaqdan idarə etmək və partlatmaq mümkündürmü? - ÖZƏL AÇIQLAMA
    • 20-09-2024, 10:59
    • 399

Smartfonun batareyalarını uzaqdan idarə etmək və partlatmaq mümkündürmü? - ÖZƏL AÇIQLAMA

Xəbər verdiyimiz kimi, İsrailin Livana həyata keçirdiyi kiberhücum nəticəsində İran səfiri də daxil olmaqla, 3000-ə yaxın insan yaralanıb, 10-a yaxın şəxs isə ölüb. Xarici medianın məlumatına görə, İsrail kiberhücumu çağrı cihazlarına (peycer) edib. Qeyd edək ki, peycerlər köhnə texnologiyadır, bəs bu texnologiya hələ də istifadə edilirmi? 

Məsələ ilə bağlı News24.az-a danışan İnformasiya Texnologiyalar İnstitutunun əməkdaşı Araz Mustafa deyib ki, peycerlər dünyanın bir çox ölkəsində sadə ünsiyyət vasitəsi və təhlükəsiz cihazlar kimi istifadə olunur:


"Belə ki, onların əməliyyat sistemləri mürəkkəb, çox funksional deyil, sadədir. Yəni belə desək, peycərləri izləmək, onların içərisinə kənar müdaxilələr, proqram təminatına yerləşdirmək çox çətin məsələ deyil. İndi burada meydana sual çıxır ki, bəs peycerlər necə olub ki, partlayıb? 

Bildiyiniz kimi, peycerlər bir neçə hissədən ibarətdir. Çipset, displey və batareyada əsas üç hissədən ibarətdir. Bunlardan ən rahat hissəsi əlbəttə ki, batareya hissəsinə partlayıcı maddələrin yerləşdirilməsidir. İddialara görə, peycerlərin batareya hissələri istehsalçıdan malın tədarükünü istehlakçılara ötürülən zaman həmin bu peycerlərin batareyaları dəyişdirilmiş və onların içərisində hərbidə istifadə olunan xüsusi partlayıcı maddələr yerləşdirilmişdir. Belə ki, bu partlayıcı maddələr çox cüzi qızma zamanı alışa və partlayış əmələ gətirə bilir. Əlbəttə ki, bu kiberfiziki hücumu təşkil edənlər həmin bu peycerlərə alfonomerik mesajlar göndərmiş, mütəmadi olaraq peycerlərin qızmasına səbəb olmuşdur. Bu peycerlərə də mesaj gələn zaman əlbəttə ki, insanın diqqətini cəlb edir. Hamısı oxumağa çalışır, biri əlinə götürüb baxır, birinin üzünə yaxınlaşır, kiminsə uşağı və yaxud da ki, hansı ailə üzvü peycerə müdaxilə edir. Belə olduğu zamanda da istifadəçilərə çox pis zərərlər verir.

Bəs, istifadə etdiyimiz smart telefonlar, elektron cihazlar təhlükəlidir?

Ekspertin sözlərinə görə, bir çox təhsil müəssisələrində, tibbi müəssisələrdə, istər işdə, istər evdə bizim yaxınlarımızdan uşaqlarımızdan tutmuş böyüklərə qədər hər kəs elektron cihazlardan istifadə edir. Bu qurğular mürəkkəb funksiyaya malikdir. 

"Cihazlarda proqramçılar və şirkətlər tərəfindən yaradılmış əməliyyat sistemlərindən istifadə olunur. Bu da əlbəttə ki, təhlükəlidir, çünki ən böyük istehsalçı proqram təminatı implementasiya edən şirkətlərdə belə boşluqlar aşkarlanır. Bu, boşluqlar mütəmadi olaraq yeni buraxılmış proqram vasitələrindən doldurulur. Bizim mobil proqramlar həmin əməliyyat sistemlərindən istifadə edir. İstər Android, istər Apple olsun, fərqi yoxdur. Həmin əməliyyat sistemlərində boşluqlar mütəmadi olaraq aşkarlanır və şirkətlər tərəfindən həmin boşluqlar doldurulur. İstifadəçilər bu məsələdə ehtiyatlı olmalıdır. Düzdür, bizim dövlət tərəfindən Azərbaycana daxil olan elektron cihazlara xüsusi nəzarət mexanizmi mövcuddur. Sertifikatı olmayan və güvəni olmayan telefonlar, batareyalar ölkəyə buraxılmır. Amma buna baxmayaraq istifadəçilər çox diqqətli olmalıdır. Qeyri-qanuni qəbul edilən proqram təminatlarından uzaq olmalıdır. İlk olaraq bunlar bizə cəlbedici gəlsə də, bunlar bizim üçün ciddi problemə çevrilə bilər. Yəni telefonumuz partlamasa belə, bizim fərdi məlumatlarımız, kart məlumatları və s məlumatlarımız sızdırıla bilər".

Günel Məlikzadə