-
- 19-10-2023, 18:31
- 233
"Məsələ ərazi ilə bağlı deyil" - SƏFİR
“Soruşurlar ki, HƏMAS bunu niyə etdi? Səbəb nədir? Amma insanların niyə şoka düşdüyünü anlamıram. Çünki HƏMAS son üç onillikdə hər ayın hər həftəsinin hər günü dəfələrlə bildirib ki, onların məqsədi hər bir yəhudini və hər bir israillini öldürməkdən ibarətdir. Onların məqsədi İsrail dövlətini məhv etmək və yəhudilərə qarşı soyqırımı törətməkdir. İndi etmələrinin səbəbi, sadəcə bunu indi bacarmaları ilə bağlıdır. Biz hazırlıqsız olduğumuz bir vaxtda fürsət tapdılar”.
News24.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik “AZƏRTAC”a müsahibəsində deyib.
O bildirib ki, bu müharibə siyasətlə bağlı deyil: “Məsələ ərazi ilə bağlı deyil. Məsələ bunların heç birinə aid deyil. Oktyabrın 7-də HƏMAS ölkəmizə hücum etdi və insanlarımızı qətlə yetirdi. İnsanları diri-diri yandırdılar. Onlar yatan insanlara qarşı belə qırğın törətdilər. Onlar qızlarımızı zorladılar, körpələrimizi öldürdülər, qocaları, hətta uşaqları və körpələri valideynlərinin əllərindən alıb oğurladılar. Burada sizə bir neçə şəkil göstərə bilərəm. Məsələn, bu ailə sağ-salamat idi. Ana, ata və üç gözəl gənc yeniyetmədən ibarət xoşbəxt bir ailə idi. Mən sizə bu körpənin də şəklini göstərə bilərəm. Bu gün isə onların heç biri həyatda yoxdur. Təsəvvür edin ki, bu sizin oğlunuzdur, yaxud da qızınızın yataq otağıdır. Təsəvvür edin ki, onun öz yataq otağında sağ qalması barədə narahatsınız. Heç bir insan, heç bir ailə, heç bir uşaq bunu yaşamamalıdır. İnsanlar şokdadır”.