Bir ailənin 3 fərdini ÖLDÜRDÜ
    • 20-09-2024, 15:50
    • 336

Bir ailənin 3 fərdini ÖLDÜRDÜ

Mersində ov tüfəngi ilə vurulan ata, oğlu və gəlini dünyasını dəyişib.

News24.az xəbər verir ki, Çömelek rayonunda ailəsi ilə birlikdə evinin qarşısında bəkməz bişirən Kamal Vəli Akyaka (65) "patpat" adlı əkinçilik maşını ilə yoldan keçən Tahir K. ilə mübahisə edib.

Mübahisə böyüyərkən Tahir K evdən götürdüyü ov tüfəngi ilə Akyakanı, oğlu Durmuşu (35) və gəlini Ruhan Akyakanı (35) vurub.

Xəbər verildikdən sonra hadisə yerinə 112 Təcili Tibbi Yardım və jandarma qrupları sövq edilib.

Həkimlər qrupunun müayinəsi nəticəsində Kamal Vəli Akyaka ilə oğlu və gəlininin həyatını itirdiyi müəyyən edilib.

Nəzarətə alınan Tahir K İlçe Jandarma Komandirliyinə aparılıb.

Günel Məlikzadə