İsrail Beyrutu vurdu
    • 20-09-2024, 17:04
    • 267

İsrail Beyrutu vurdu

İsrailin Livanda Hizbullahın istifadə etdiyi peycer və radioları işə salaraq hücumlarından sonra sərhəddə qarşıdurmalar şiddətlənib.

News24.az xəbər verir ki, Hizbullah Katyuşa raketləri ilə İsraili hədəfə alıb. İsrail paytaxt Beyrutun cənubuna hava zərbəsi endirib.

Hizbullaha yaxın Əl-Mənar televiziyası hücum xəbərini yaysa da, Livan təhlükəsizlik mənbələri də bombardmanı təsdiqləyib.

Bildirilib ki, İsrail ordusu bu gün Livanın cənubundakı bəzi bölgələrə yeni hava zərbələri endirib.

Livan mətbuatında yer alan xəbərlərdə İsrailin hava hücumlarının ölkənin cənubundakı Mays əl-Cəbəl və Kefr Kila bölgələrini hədəf aldığı bildirilib.

Hücumlarda can itkisi olub-olmaması ilə bağlı məlumat verilməyib.

Günel Məlikzadə