İsrail-Livan sərhədində gərginlik artır
    • Bu gün, 08:55
    • 92

İsrail-Livan sərhədində gərginlik artır

Livanda İsrail və Hizbullah arasında qarşılıqlı hücumlar davam edir. Livan ərazisindən İsrailin şimalına raket və PUA-larla hücum həyata keçirilib. İsrail ordusu Livanın cənubuna da zərbələr endirib və hücumda 2 Hizbullah üzvü ölüb.

News24.az xəbər verir ki, İsrail-Livan xəttində gərginlik ən yüksək həddədir.

Livan ərazisindən İsrailin şimalına raket və PUA-larla hücum həyata keçirilib. Ölkənin şimalında sirenlər çalıb.

Hücumlarda ölən və ya yaralananların olub-olmadığı barədə məlumat verilməyib.

Günel Məlikzadə