-
- 20-09-2024, 17:44
- 125
Daxili İşlər Nazirliyinin rəhbər heyəti Şəhidlərin ildönümündə - FOTOLAR
Naxçıvan MR Daxili İşlər Nazirliyinin rəhbər heyəti şəhid Ələsgər Əsgərovun və Vaqif Rəcəbovun ildönümü münasibətilə məzarlarını ziyarət edib.
Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Şəhidimizin məzarı üzərinə əklil qoyulub xatirələri dərin hörmət və ehtiramla yad edilib.
Tədbirdə Naxçıvan MR Daxili İşlər Nazirliyinin rəhbər heyəti ilə yanaşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbər vəzifəli digər əməkdaşları, ictimaiyyət nümayəndələri və hökümət rəsmiləri də iştirak edib.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.