Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanda
    • 10-05-2024, 11:53
    • 105

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanda

Mayın 10-da Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, nazirliyin rəhbərliyi Azərbaycan xalqının Ümummilli Liderinin məzarı önünə gül dəstələri qoyub, xatirəsini dərin hörmət və ehtiramla anıb.

Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub, ehtiram nümayiş etdirilib.