-
- 21-09-2024, 07:28
- 295
219 nömrəli məktəb bağlanır?
Səbail rayonunda yerləşən 219 nömrəli məktəbin heç bir səbəb göstərilmədən bağlanacağı ilə bağlı qərar qəbul edilib, nəticədə daimi müqavilə ilə fiziki məhdudiyyətli şagirdlərə dərs deyən müəllimlərin iş saatı azaldılıb.
Müəllimlər iddia edirlər ki, 2020-ci ildə məktəbin bağlanması ilə bağlı qərar qəbul edildikdən sonra bura fiziki məhdudiyyəti olan şagirdlərin qəbulu dayandırılıb. Onlar bildirirlər ki, bundan sonra iş saatları əvvəlki illərlə müqayisədə azalıb.
Müəllimlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, nə məktəbin hansı səbəbdən bağlanması, nə də onlara digər yerlərdə işlə təmin olunma ilə bağlı məlumat verilmədiyini deyiblər.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, 219 nömrəli evdə təhsil tam orta məktəbinin fəaliyyətinin dayandırılması ilə bağlı məsələ müzakirə olunmaqdadır.
Ətraflı “Xəzər Xəbər”in videomaterialında: