-
- 21-09-2024, 10:25
- 5 822
Yüksək vəzifəli məmur 58 sevgilisi olduğu üçün həbs edildi
Çinli yüksək vəzifəli Zhong Yang korrupsiyaya görə həbs edilib. Amma qubernator postunu tutan məmurun 58 sevgilisinin olduğu üzə çıxmasaydı, bu xəbər o qədər də maraqlı olmazdı.
News24.az Sfera.az-a istinadən bildirir ki, 52 yaşlı Zhong Yang əvvəllər Quizhou əyalətinin Qiannan üzrə qubernatoru və partiya katibinin müavini vəzifələrində çalışıb. “Gözəl qubernator" ləqəbli Zhong Yang işçi ailəsində böyüyüb, tarix üzrə təhsil alıb və 22 yaşında Çin Kommunist Partiyasına qoşulub. O, Ümumçin Xalq Nümayəndələri Konqresinin (MPK) deputatı vəzifəsinə qədər yüksəlib.
O, 58 tabeliyində olan işçi ilə cinsi əlaqədə olmaq və təxminən 60 milyon yuan (8,5 milyon dollar) məbləğində rüşvət almaq da daxil olmaqla, qanun pozuntusuna yol verdiyinə görə 13 il həbs və bir milyon yuan (140 min dollar) cərimə cəzasına məhkum edilib.
Cəlbedici görünüşü ilə tanınan o, mətbuatda tez-tez "gözəl qubernator" kimi xatırlanıb. Zhong heç vaxt evlənməyib və övladı olmayıb. Zhong kənd təsərrüfatında əldə etdiyi nailiyyətlərə görə təltiflər alsa da, rüşvət və vəzifəsindən sui istifadə edərək, dövlət investisiyası adı altında əlverişli şirkətlərin gəlirli müqavilələr almasını da təmin edib.
Məsələn, o, yaxın münasibətdə olduğu bir iş adamı üçün yüksək texnologiyalı sənaye zonasında 170 min kvadratmetr torpaq sahəsinin işlənməsini təsdiqləyib. Ona yaxın olmayanlara isə sərfəli müqavilələrdən imtina edib.
Zhong, sevgililəri ilə vaxt keçirmək üçün "əlavə iş saatı" və "işgüzar səfərlər" kimi bəhanələrdən istifadə edərək, tabeliyində olan kişilərlə çoxsaylı əlaqələr qurub.