“Çinin ən varlı adamı” statusunu İTİRDİ
    • 27-08-2024, 17:13
    • 353

“Çinin ən varlı adamı” statusunu İTİRDİ

Çinin məşhur e-ticarət platforması Temu-nun sahibi, PDD Holding Group-un qurucusu Kolin Huanq “Çinin ən varlı adamı” titulunu itirib.

News24.az xəbər verir ki, PDD Holdings səhmlərinin azalması nəticəsində Huang-ın sərvəti 14,1 milyard dollar azalıb. 

Bu, şirkətin səhmlərində indiyə qədər qeydə alınan ən böyük bir günlük itki olub.

Bloomberg Milyarderlər İndeksinə görə, Huang 35,2 milyard dollarlıq sərvətlə Çinin ən zəngin adamları siyahısında 4-cü yerə düşüb. 

Xatırladaq ki, Huang avqustun 8-də ölkənin qablaşdırılmış su nəhəngi Zhong Shanshan-ı keçərək Çinin ən varlı adamı olub, lakin Zhong 50 milyard dollarlıq sərvətlə yenidən zirvəyə yüksəlib.

Məryəm İlhamqızı