Bakıda 20 yaşlı gənc bıçaqlanaraq öldürülüb
    • 15-06-2019, 10:47
    • 653

Bakıda 20 yaşlı gənc bıçaqlanaraq öldürülüb

Bakıda ötən gecə 20 yaşlı gənc ürək nahiyəsindən bıçaqlanaraq öldürülüb.

News24.az -ın "Report"a istinadla verdiyi xəbərə görə, verilən məlumata görə, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 93 ünvanında baş verib:
"Təcili yardım həkimləri ünvana gələn zaman yaralının vəziyyəti çox ağır olub. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib". 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.