Hüseyn Şəbnəm və Vəfanı ələ saldı
    • 23-09-2024, 10:34
    • 333

Hüseyn Şəbnəm və Vəfanı ələ saldı

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu Vəfa Şərifova və Şəbnəm Tovuzlunun mahnı davasını ələ salıb.

News24.az axşam.az-a istuinadən xəbər verir ki, bununla bağlı video yayımlayan musiqiçi deyib:

"Bu yaxınlarda yeni mahnım işıq üzü görəcək: "Mən olan yer cəhənnəmdir". Bəsdirin, iki-üç günlük dünyadır. Hər ikinizə hörmətim var. Böyük əsər olsa, adam deyər, cəhənnəmə. İki-üç günlük mahnıdır. Ona görə dava etməyin. İkinizi də çox istəyirəm, illərdi tanıyıram. Şəbnəmi də çoxdan tanıyıram. Vaqif Gərayzadədən, Aygün Səmədzadədən, Ələkbər Tağıyevdən, Tofiq Quliyevdən, ciddi əsər oxuyun. Nəyə lazımdır bu mahnı?! Onsuz da musiqimiz pis gündədir. Hansısa üçgünlük mahnıya görə belə söhbət lazımdır? O ki qaldı cənnət-cəhənnəm söhbətinə: Allah hamımıza cənnəti qismət etsin. Allah Azərbaycan musiqisini qorusun".  vaka