Bakıda yeznəsini sinəsindən güllələyib öldürən “Hozu”dan YENİ XƏBƏR
    • 18-10-2019, 12:48
    • 1 483

Bakıda yeznəsini sinəsindən güllələyib öldürən “Hozu”dan YENİ XƏBƏR

Bakı şəhəri Sabunçu rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirən şəxs barəsində açılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

News24.az-ın məlumatına görə, 1974-cü il təvəllüdlü Şirinov Rauf Həsən oğlu barəsində Sabunçu Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü, yəni, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə məhkəmənin hakimi Mirzə Xankişiyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə bu ilin iyununda baş verib. İyunun 13-ü gecə saat 01 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi B.Bünyatov küçəsində “Hozu” ləqəbi ilə tanınan Rauf Şirinov odlu silahdan atəş açaraq yeznəsi, 1972-ci il təvəllüdlü Naxçıvan sakini Ramiz Məmmədovu sinəsindən güllələyib. R.Məmmədov 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, orada ölüb.

Mərhum R.Məmmədovun 113 və 84 saylı xətt marşrutların sahibi olub.