-
- 24-09-2024, 11:15
- 256
Anasının başına çəkiclə 40 dəfə vurdu
Rusiyada kişi anasının başına çəkiclə 40 dəfədən çox zərbə endirib.
News24.az “Baza”ya istinadən xəbər verir ki, hadisə Omsk vilayətində baş verib.
İstintaqın məlumatına görə, 45 yaşlı kişi yaşadığı mənzildə spirtli içki qəbul edib. Həmin onun 66 yaşlı anası da mənzildə olub.
Həddindən artıq içki qəbul edən oğul çəkici götürərək anasına hücum edib. Hadisəni törədən şəxs həmin an bədəninə cinlərin girdiyini iddia edib.
Oğul yaşlı anasının başına çəkiclə 40-dan çox zərbə endirib. Qadın insidentlə bağlı qonşularına xəbər verib.
Qadın kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qalır.
Hadisəni törədən şəxsə qarşı isə “Qəsdən adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi açılıb.
Teymur Məmmədov