Kişi 6 yaşlı qıza hücum etdi - meymun sürüsü...
    • 24-09-2024, 16:41
    • 223

Kişi 6 yaşlı qıza hücum etdi - meymun sürüsü...

Hindistanda meymun sürüsü kişinin altı yaşlı qızı zorlamasına mane olub, 

News24.az xəbər verir ki, bu barədə Times of India yazıb.

KİV-in məlumatına görə, hadisə qız küçədə gedərkən baş verib. Kişi onu görüb, onu tərk edilmiş bir evə aparıb və orada onu zorlamağa cəhd edib. Bu zaman məktəbəqədər uşağın köməyinə gələn meymunlar kişiyə hücum edərək onu qaçmağa məcbur ediblər.

Polis qızın valideynlərinin ifadəsini aldıqdan sonra faktla bağlı araşdırmalara başlayıb.

Polis əməkdaşları şübhəlinin axtarıldığını və ona qarşı cinayət işi açıldığını bildiriblər.

Hadisə yerli sosial şəbəkə istifadəçiləri arasında qızğın müzakirələrə səbəb olub. Bəziləri qızın xilas edilməsini əsl möcüzə hesab edib, bəziləri isə uşaqları nəzarətsiz qoymağın nə qədər təhlükəsiz olduğunu düşünüb.

Məryəm İlhamqızı