Bu proqram ölüm vaxtınızı bilir
    • 24-09-2024, 23:24
    • 214

Bu proqram ölüm vaxtınızı bilir

Süni intellekt tərəfindən hazırlanmış yeni proqram istifadəçiləri daha sağlam seçimlər etməyə və daha uzun yaşamağa təşviq etmək üçün ölüm vaxtlarını proqnozlaşdırdığını iddia edib.

News24.az xəbər verir ki, “Ölüm saatı” adlanan proqram 40 dollar illik abunə haqqı qarşılığında hazırkı bioloji yaş və həyat tərzini nəzərə alaraq dəqiq ölüm tarixləri ilə bağlı proqnozlar verir.

“New York Post” qəzetində yer alan xəbərə görə, tətbiqin əsas məqsədi insanları sağlam həyat dəyişiklikləri etməyə həvəsləndirməkdir.

Tətbiq ölümlə bağlı faktorları təhlil edərək istifadəçiləri vaxtında xəbərdar etmək məqsədi daşıyır.

Qeyd edək ki, Death Watch rəsmi olaraq sentyabrın 18-də buraxılıb. İstifadəçilər proqramı pulsuz yükləyə və ölüm tarixlərinə baxa bilərlər. Bununla belə, sağlamlıqlarını yaxşılaşdırmaq və potensial ölüm tarixini təxirə salmaq üçün təklif olunan uzunömürlülük planı üçün hər il 40 dollar ödəməlidirlər.

Günel Məlikzadə