-
- 25-09-2024, 19:38
- 222
Səs-küyə səbəb olan cihaz - Bu cihazdan istifadə edərək..
İsveçrənin Şaffhauzen ərazisində intihar üçün nəzərdə tutulmuş kapsula bənzər cihaz ilk dəfə istifadə edilib.
News24.az xəbər verir ki, ABŞ vətəndaşı olan qadın bu cihazdan istifadə edərək həyatına son qoyub.
Cihaz istifadəçi düyməni basdıqda azot qazı buraxaraq oksigen səviyyəsini ölümcül səviyyəyə endirir. Bu prosesdə kapsulda oturan adam huşunu itirir və bir neçə dəqiqə ərzində boğularaq ölür.
Qeyd edək ki, hadisədən sonra polis 4 nəfəri saxlayıb. Prokurorluq hadisə ilə bağlı "intihara kömək etmək və həvəsləndirmək" ittihamı ilə istintaqa başladığını açıqlayıb.
Məryəm İlhamqızı