-
- 25-09-2024, 20:24
- 245
Arıqlamağı ləngidən səbəblər - bu 3 səhv..
Arıqlamaq bir çox insan üçün çətin bir proses ola bilər.
News24.az arıqlamağı ən çətin edən 3 səhv və diqqət etməli olduğunuz şeyləri təqdim edir:
1. Yuxu pozuntusu və stressin idarə edilməsi
Arıqlama prosesində gözdən qaçan ən böyük problemlərdən biri də yuxu rejimidir. Dr. Ayça Kaya, “Qeyri-kafi yuxu və yüksək stress hormonları (kortizol) bədəndə yağ yığılmasına səbəb olur” deyib. Araşdırmalara görə, gündə 7-8 saat yatmayan insanların həzm sistemi yavaşlayır və orqanizm daha çox aclıq hormonu ifraz edir ki, bu da lazımsız qəlyanaltılara səbəb olur.
2. Su istehlakının qeyri-kafi olması
Arıqlamağa mane olan digər mühüm səhv kifayət qədər su içməməkdir. Dr. Kaya vurğulayıb ki, su istehlakı bədəndən toksinləri çıxarmağa və maddələr mübadiləsini sürətləndirməyə kömək edir. "Gündə ən az 2-2,5 litr su istehlak etmək yağların yandırılmasını dəstəkləyir və toxluq hissini artırır" deyib. Kifayət qədər su içməyən insanlar üçün arıqlama prosesinin yavaşlaması qaçılmaz olur.
3. Aşağı kalorili pəhrizlərlə maddələr mübadiləsini yavaşlatmaq
Tez nəticə əldə etmək üçün bir çox insanlar aşağı kalorili pəhrizlərə müraciət edirlər, lakin bu üsul maddələr mübadiləsini ləngidir və arıqlamağı çətinləşdirir. Dr. Kaya, "Həddindən artıq aşağı kalorili diyetlərlə orqanizmi ac saxlamaq qısa müddətdə arıqlamasına səbəb olsa da, maddələr mübadiləsini yavaşlatır və uzun müddətdə kilo vermə sürətini azaldır" deyib.
Sağlam və davamlı arıqlamaq üçün balanslaşdırılmış bir pəhriz proqramı yaratmaq lazımdır.
Arıqlamaq üçün nə etmək lazımdır?
Arıqlama prosesində edilən bu səhvlərdən qaçmaq uğura gedən yolu sürətləndirə bilər. Dr. Ayça Kaya arıqlamaq üçün balanslı qidalanma, nizamlı yuxu və kifayət qədər su istehlakının vacib olduğunu qeyd edib. Bundan əlavə, stresin idarə edilməsinə diqqət yetirmək və maddələr mübadiləsini yavaşlatan həddindən artıq aşağı kalorili pəhrizlərdən qaçınmaq da uzunmüddətli uğur üçün vacib addımlardır.
Məryəm İlhamqızı