5 addımda arıqlayın
    • 26-07-2024, 14:30
    • 595

5 addımda arıqlayın

Xüsusilə yay gələndə qışda aldığı artıq çəkidən xilas olmaq istəyən hər kəs arıqlamağın yollarını axtarır.

News24.az xəbər verir ki, arıqlamaq və ideal bədənə sahib olmaq üçün qidalanmanıza fikir vermək lazımdır. Ancaq arıqlamaq üçün sadəcə pəhrizinizi tənzimləmək kifayət deyil.

Arıqlamaq üçün mütəxəssislər tərəfindən tövsiyə olunan bir çox üsul var. 5 addımda sağlam arıqlamağın sirri budur.

1- YUXU NƏZƏRATİ

Müntəzəm yuxu və kilo itkisi arasındakı əlaqə olduqca qəribə görünə bilər. Ancaq arıqlamağın əsasını nizamlı yuxu təşkil edir. Kifayət qədər yuxu almadığınız zaman bədəninizdə ödem yığılır.

Bu vəziyyətdə olduğunuz zaman daha kilolu görünə bilərsiniz. Bundan əlavə, gecə gec yatmaq çox yemək ehtiyacı yaradır. Bu vəziyyətdə istehlak etdiyiniz kalorilərin miqdarı artır.

2- HƏYATINIZDAN ŞƏKƏRİ ÇIXARIN

Şəkər bədənin ən pis düşmənidir. Həm sağlamlığı ciddi şəkildə təhdid edir, həm də arıqlamağı çətinləşdirir. Unutmayın ki, siz şəkər qəbul etdikcə vücudunuz daha çox ehtiyac duymağa başlayacaq.

Bu vəziyyətdə arzuolunmaz bədən formasına sahib olmanıza səbəb olur. Şəkər kökəlmənizə səbəb olur. Bu səbəbdən arıqlamağa qərar verirsinizsə, şəkərli qidalardan uzaq durmalısınız.

3- Axşamlar Yüngül Qidalanın

Arıqlamaq istəyirsinizsə, xüsusilə axşam yeməyində qəbul etdiyiniz kalori miqdarına diqqət etməlisiniz. Bol tərəvəzdən ibarət şam yeməyi menyusu arıqlamağınıza kömək edə bilər.

Çox yağlı və souslu yeməklər seçmək əvəzinə, çox su və lifli, aşağı kalorili mövsümi tərəvəzləri seçmək arıqlamağınıza kömək edə bilər.

4-PORSİYONLARI AZALDIN

Arıqlamaq üçün ən böyük addımlardan biri porsiya ölçülərini azaltmaqdır. Yediyiniz yeməklərin porsiyaları kiçildikcə daha az kalori istehlak edəcəksiniz.

Porsiyaların azaldılması boşqabınızdan sağlam olmayan qidaları çıxarmaq və gün ərzində istehlak etdiyiniz zərərli qidalardan uzaq durmaq deməkdir. Bu şəkildə yediyiniz zaman çəkinin getdikcə azaldığını görə bilərsiniz.

5-HƏR GÜN BOL SU İÇİN

Su sağlamlıq üçün çox faydalıdır. Xüsusilə arıqlamaq istəyənlər su istehlakını artırmalıdır. Su mədədə toxluq hissi yaradır. Belə olduqda, özünüzü çox yeməkdən qoruyacaqsınız.

Su həm də sürətli maddələr mübadiləsini təmin edir və yağların yandırılmasını dəstəkləyir. Həzm sistemini tənzimlədiyi üçün ödemi və bədəndə yığılan toksinləri də aradan qaldırır.

Günel Məlikzadə