"Apple"dan şok qərar! - Qiymətləri artırır
    • 25-09-2024, 14:05
    • 192

"Apple"dan şok qərar! - Qiymətləri artırır

“Apple” şirkəti ən ucuz smartfonların qiymətlərini qaldıracaq.

News24.az xəbər verir ki, bu barədə “PhoneArena “Revegnus1”-in mənbələrinə istinadən məlumat yayıb.  

Bildirilib ki, 2025-ci ilin yazında “Apple” yeni nəsil “iPhone SE” modellərini təqdim etməyə hazırlaşır.  Telefon 499 dollara satışa çıxarılacaq.

Beləliklə, o, əvvəlki nəsil “iPhone SE”-dən 70 dollar baha olacaq. 2022-ci ildə satışa təqdim edilən cihaz isə 429 dollar dəyərində qiymətləndirilib.

“Apple” təqdim etməyə hazırlaşdığı yeni cihazların qiymətlərini 500 dollardan aşağı saxlamaq istəyir. Bununla belə, o, cihazı daha ucuz satışa təqdim edə bilməz. Çünki o, süni intellektlə (AI) işləmək üçün lazım olan müasir prosessor və 8 giqabayt operativ yaddaşa malik olacaq. 

Hazırda bütün “iPhone 16”, “iPhone 15 Pro” və “15 Pro Max” seriyalı telefonlar AI-ni dəstəkləyir.

Teymur Məmmədov