Apple bu modelin SATIŞINI DAYANDIRDI
    • Dünən, 21:39
    • 142

Apple bu modelin SATIŞINI DAYANDIRDI

Apple köhnə iPhone 13-ün rəsmi satışını dayandırıb. 

News24.az xəbər verir ki, bu barədə 9to5Mac portalı məlumat yayıb.

iPhone 16-nın təqdimatı ilə əlaqədar olaraq şirkət öz cihaz çeşidini yenidən nəzərdən keçirib. Beləliklə, iPhone 13-ün istehsalı dayandırılacaq və ən sərfəli cihazın rolu gələn ilin yazında yeni versiyası gözlənilən iPhone SE-yə keçəcək.

Hazırda üçüncü nəsil iPhone SE-nin qiyməti 429 dollardır ki, bu da onu Apple-ın ən sərfəli smartfonu edir. Sonrakı yerdə 599 dollara iPhone 14 və 699 dollara iPhone 14 Plus gəlir. Keçən ilki iPhone 15 və 15 Plus-ın qiyməti müvafiq olaraq 699 və 799 dollardır və Apple-ın USB-C portlu ən ucuz smartfonlarıdır.

Qeyd edək ki, yeni iPhone 16 ailəsi üçün əsas model 799 dollardan başlayır, iPhone 16 Plus və iPhone 16 Pro müvafiq olaraq 899 və 999 dollara satılır. 

Məryəm İlhamqızı