-
- 25-09-2024, 15:47
- 290
Ulduz futbolçu 31 yaşında futbolla vidalaşdı
Mövsümün əvvəlində İngiltərə Premyer Liqa komandalarından olan "Mançester Yunayted"dən İtaliyanın "Komo" komandasına transfer olunan 31 yaşlı fransız müdafiəçi Rafael Varan yaşıl meydanlarla vidalaşdığını açıqlayıb.
Avqustun 11-də "Komo" forması ilə keçirdiyi ilk matçda dizindən zədə alan 31 yaşlı futbolçu sosial media hesabında "Hər kəsin dediyi kimi, hər yaxşı şey bir gün bitər" sözlərini paylaşıb.
News24.az xəbər verir ki, daha əvvəl Lens və Real Madriddə oynayan və karyerasını Komoda meydandan kənarda davam etdirəcəyini bildirən Varan, "Meydandan kənarda yeni həyat başlayır. Komoda qalacağam. Bu, paylaşmağı səbirsizliklə gözlədiyim bir mövzudur. Tezliklə daha ətraflı payalaşım edəcəm" deyib.
Qeyd edək ki, 2018-ci ildə Fransa Milli Komandası ilə dünya çempionatının qalibi olma sevincini yaşayan Varan 29 yaşında millidən ayrılıb.
Günel Məlikzadə