“Mançester Yunayted”də ciddi itki
    • 22-02-2024, 12:01
    • 141

“Mançester Yunayted”də ciddi itki

“Mançester Yunayted” ciddi itki ilə üzləşib.

News24.az İdman.biz-ə istinadla xəbər verir ki, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.

Müdafiəçi Lük Şou uzun müddətə sıradan çıxıb. Bu, 28 yaşlı ingiltərəlinin müayinələrindən sonra bəlli olub. Premyer Liqanın XXV turunun “Luton”la matçında (2:1) xəsarət alan futbolçu bir neçə ay kənarda qalacaq.

Qeyd edək ki, Şou mövsümdə 2-ci dəfə zədələnib. II turda xəsarət alan müdafiəçi üç aya yaxın meydanlardan kənar qalıb.