Varanın yeni klubu rəsmiləşdi
    • Dünən, 20:46
    • 55

Varanın yeni klubu rəsmiləşdi

“Mançester Yunayted”in və “Real”ın sabiq müdafiəçisi Rafael Varan “Komo”ya transfer olunub.

News24.az QOL.az-a istinadla xəbər verir ki, A seriyası klubunun saytı məlumat yayıb. 31 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, fransalı müdafiəçinin 2021-ci ildən çıxış etdiyi “Mançester Yunayted”lə müqaviləsi iyunun 30-da başa çatmışdı. Ötən mövsüm Varan bütün turnirlərdə 32 matçda iştirak edib və 1 qol vurub. 

Xatırladaq ki, ötən mövsüm Sesk Fabreqasın baş məşqçisi olduğu "Komo" klubu B seriyasında ikinci yeri tutaraq İtaliyanın elitasına yüksəlib.l