-
- 25-09-2024, 17:16
- 226
Hər 3 uşaqdan ən azı 1-də bu xəstəlik var
Çinin Sun Yat-Sen Universitetinin alimləri tərəfindən aparılan araşdırma çərçivəsində müxtəlif qitələrdə 50 ölkədən 5 milyondan çox uşaq və gəncin uzaq görmə səviyyələri araşdırılıb.
News24.az xəbər verir ki, müayinə nəticəsində tədqiqatçılar müəyyən ediblər ki, hər 3 uşaqdan ən azı birində miopiya(uzağı zəif görmə) var.
Bu nisbətin zamanla artacağını gözlədiklərini ifadə edən tədqiqatçılar, 2050-ci ilə qədər təxminən 740 milyon uşaq və gəncin miyopiya ola biləcəyi qənaətinə gəliblər.
1990-2023-cü illər arasında miyopiyanın 3 dəfə artaraq 36 faizə çatdığını təsbit edən tədqiqatçılar, Covid-19 epidemiyası ilə qapalı məkanda vaxtın artması ilə bu göz qüsurunun "əhəmiyyətli dərəcədə" artdığını ifadə ediblər.
Genetikaya görə də meydana gələn miyopiyada xarici faktorların əhəmiyyətinə diqqət çəkən tədqiqatçılar, uşaqların təhsilə daha erkən başladığı Asiya qitəsində uzaqdan aydın görə bilməmə probleminin 7 qat daha çox rast gəlindiyini bildiriblər.
Uzun müddət ekran qarşısında qalmanın miyopiya riskini artırdığını bildirən tədqiqatçılar, oğlanlara nisbətən çöldə daha az vaxt keçirən qızların evdə “telefonun ekranına yaxın məsafədən baxmağı tələb edən fəaliyyətlərlə” məşğul olduqlarını qeyd ediblər. Məsələn, oxumaq, yazmaq, kompüter oyunları oynamaq və ya uzun müddət telefon ekranına baxmaq. Tədqiqatçılar bu vəziyyətə görə miopiyanın qızlarda oğlanlara nisbətən daha çox təsbit edildiyini bildiriblər.
"Miyopiyanın gələcəkdə qlobal sağlamlıq probleminə çevrilə biləcəyini qəbul etmək çox vacibdir", - tədqiqatın müəllifləri yazıblar.
Araşdırma "British Journal of Ophthalmology"də dərc olunub.
Məryəm İlhamqızı