Sürücülük vəsiqəsi olmadan idarə etdi... - yaralılar var
    • 26-09-2024, 15:24
    • 146

Sürücülük vəsiqəsi olmadan idarə etdi... - yaralılar var

Niğdedə Mehmet A.-nın (17) sürücülük vəsiqəsi olmadan idarə etdiyi mikroavtobus  aşıb.

News24.az xəbər verir ki, qəza səhər saatlarında Çiftlik-Yeşilgölcük avtomobil yolunun Tırhan kəndi yaxınlığında baş verib. 

Mehmet A.-nın idarəetməni itirdiyi 25 ACU 078 nömrə nişanlı mikroavtobus aşaraq tarlaya düşüb. 

Xəbər üzərinə bölgəyə sağlamlıq və polis qrupları sövq edilib. 

Sürücü Mehmet A., vasitədə olan sərnişinlər Ayşe A. (43), Xəlil A. (10), Elif Nur A. (6) və Eylül A. (4) yaralanıb. Yaralılar təcili yardımla Niğde Ömer Halisdemir Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Müalicə olunan yaralıların həyati təhlükəsinin olmadığı öyrənilib. 

Qəza ilə bağlı araşdırma başladılıb.

Məryəm İlhamqızı