Baydendən Ukraynaya 8 milyardlıq yardım
    • Dünən, 23:12
    • 85

Baydendən Ukraynaya 8 milyardlıq yardım

Ukrayna prezidenti Vladimir Zelenskinin səfəri zamanı ABŞ prezidenti Co Bayden Kiyevin rus işğalçılarına qarşı “müharibədə qalib gəlməsi” üçün Ukraynaya 8 milyard dollardan çox hərbi yardım veriləcəyini açıqlayıb.

News24.az xəbər verir ki, yardım paketinə 130 kilometr mənzilli JSOW dəqiq idarə olunan raketin ilk çatdırılması da daxildir. 

Orta mənzilli döyüş sursatları Ukraynaya daha təhlükəsiz məsafələrdən Rusiyaya hücum etməyə imkan verəcək.

Yeni yardım paketinin 5,5 milyard dollarlıq hissəsi ABŞ maliyyə ilinin sonuna qədər bazar ertəsi günü çatdırılacaq. Yardımın 2,4 milyard dolları Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü çərçivəsində şirkətlərdən silah almağa sərf olunacaq.

Günel Məlikzadə