-
- 7-06-2024, 17:07
- 320
Bayden Zelenskidən üzr istədi
ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Vladimir Zelenski Normandiya enişinin 80 illiyi münasibətilə Fransanın paytaxtı Parisdə görüşüblər.
News24.az xəbər verir ki, Zelenskiyə "yanındayıq" mesajını verən Bayden, Ukraynaya 225 milyon dollarlıq yeni yardım paketini açıqlayıb.
Bayden, aprel ayında imzaladığı ABŞ Konqresində Ukraynaya 61 milyard dollarlıq hərbi dəstək nəzərdə tutan yardım paketinin qəbulunun aylarla gecikməsinə görə Zelenskidən üzr istəyib.
Zelenski isə ABŞ-ın Ukraynaya “çiyin-çiyinə” dəstəyi davam etdirəcəyinə inandığını təkrarlayıb.
61 MİLYARD DOLLAR YARDIM
Ukraynaya təxminən 6 aylıq yeni hərbi dəstək səylərindən sonra Bayden aprelin 24-də Ukraynaya 61 milyard, İsrailə isə 26 milyard dollar yardım nəzərdə tutan paketi imzaladı.
Bildirək ki, ABŞ Konqresindəki siyasi fikir ayrılıqları səbəbindən Ukraynaya verilməsi planlaşdırılan 61 milyard dollarlıq hərbi dəstək paketində gecikmə yaranıb.
Günel Məlikzadə