Südü bu şəkildə qaynadın, daşmayacaq
    • 26-09-2024, 17:24
    • 168

Südü bu şəkildə qaynadın, daşmayacaq

Vaxtı səhv təyin etdikdə və ya qazanda süd qaynatmağı unutduqda süd öz-özünə şişməyə və daşmağa başlayır.

News24.az xəbər verir ki, südü daşmadan qaynatmaq üçün hiylə olan təbii üsullar bunlardır:

Taxta qaşıqlar: Taxta qaşıqları qazanın üstünə qoyub, südü bu şəkildə qaynatmaq südün daşmasının qarşısını alacaq. Qazanın ağzına çatan süd taxta qaşığa toxunan kimi yenidən azalmağa başlayacaq. Qazanın üstünə qapaq kimi 1 taxta qaşıq qoymaq kifayət edər.

Kərə yağı: Südü qazanda qaynadarkən kömək ala biləcəyiniz digər təbii üsul kərə yağıdır. Qazanın ağzının kənarlarına kərə yağı sürtməklə südün daşmasının qarşısını ala bilərsiniz. Yağa çatan süd soyumağa başlayacaq və daşmadan qaynayacaq.

Şüşə: Başqa bir üsul qazanın içərisində istiliyədavamlı şüşə və ya çini fincan buraxmaqdır. Qazanın dibində qalan bu stəkan süd qaynadıqda cingildəməyə başlayacaq və sizi xəbərdar etmək üçün həyəcan siqnalı kimi çıxış edəcək. Bu yolla südün daşmasının qarşısını almaq olar.

Məryəm İlhamqızı