Sabiq “müdafiə naziri” cəbhəyə göndərilir? – Özü açıqladı
    • 26-09-2024, 21:55
    • 702

Sabiq “müdafiə naziri” cəbhəyə göndərilir? – Özü açıqladı


Hazırda koloniyada cəza çəkən DXR-in keçmiş müdafiə naziri İqor Strelkov (Qirkin) xüsusi hərbi əməliyyat (SVO) zonasına göndərilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Gazeta.ru məlumat yayıb.

“Koloniyada heç kim məhbuslarla danışmır. Müharibəyə girməyimin yeganə qanuni yolu məhkəmə hökmünün ləğvi və ya prezidentin əfv aktıdır”, – Strelkov bildirib.

O, günahını etiraf etmək və ya Rusiya Prezidenti Vladimir Putindən əfv istəmək fikrində olmadığını vurğulayıb.

Qeyd edək ki, İ.Strelkov 2023-cü ilin iyulunda Krımı Ukraynaya təslim etmək haqqında səsləndirdiyi fikirlər və hərbçilərə vəd olunan pulu ödəməməkdə təqsirli bilinərək həbs edilib.