SON DƏQİQƏ! Makron tək qaldı - Rusiyadan ŞOK XƏBƏRDARLIQ
    • 27-02-2024, 20:39
    • 322

SON DƏQİQƏ! Makron tək qaldı - Rusiyadan ŞOK XƏBƏRDARLIQ

Fransa prezidenti Emmanuel Makron dünən verdiyi açıqlamada Avropa ölkələrinin Ukraynaya qoşun yeridə biləcəyinə işarə edib. 

News24.az Musavat.com-a istinadla xəbər verir ki, Fransa prezidenti Makron Ukraynaya daha çox hərbi yardımı müzakirə etmək üçün bir araya gələn Avropa liderlərinin Ukraynaya qoşun göndərilməsi ilə bağlı konsensusa gələ bilmədiklərini, lakin bu variantı nəzərdən keçirə biləcəklərini vurğulayıb.

Lakin avropalı tərəfdaşları onunla razılaşmırlar. Polşa, Çexiya, Slovakiya və İsveç Ukraynaya qoşun yeritmək planlarının olmadığını açıqlayıb.

Polşanın baş naziri Donald Tusk bu gün Çexiyanın baş naziri ilə görüşündən sonra bildirib ki, Polşa Ukraynaya qoşun yeritməyi düşünmür.

Çexiyanın Baş naziri Petr Fiala da Ukraynaya dəstəyi davam etdirdiklərini, lakin bu mərhələdə qoşun göndərmək əvəzinə hərbi və humanitar yardıma diqqət ayırdıqlarını açıqlayıb.

Slovakiyanın baş naziri Robert Fiko ölkəsinin Ukraynaya qoşun göndərməyəcəyini açıq şəkildə bəyan edib. Hollandiyanın baş naziri Mark Rutte də bazar ertəsi danışıqların əsas mövzunun qoşun göndərmək olmadığını vurğulayıb. İsveçin baş naziri Ulf Kristersson da Ukraynaya qoşun göndərməkdən imtina edərək, özü ilə Makron arasında dəqiq sərhəd qoyub.

Kremlin sözçüsü Dmitri Peskov isə NATO-nun avropalı üzvlərinin Ukraynaya qoşun yeridəcəyi təqdirdə Rusiya ilə alyans arasında münaqişənin qaçılmaz olacağı barədə xəbərdarlıq edib.