-
- 27-09-2024, 10:46
- 600
Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırıldılar – Nə baş verir?
Ermənistan hökuməti sentyabrın 26-da keçirilən iclasında ehtiyatda olan hərbçilər üçün təlimlərin keçirilməsi ilə bağlı qərar qəbul edib.
News24.az Oxu.az-a istinadən xəbər verir ki, sənədə əsasən, təlim-məşq toplanışı 2024-cü il oktyabrın 15-dən dekabrın 20-dək keçiriləcək.
Tədbirin əsas məqsədi ehtiyatda olan hərbi qulluqçuların peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və onların döyüş növbətçiliyinə hazırlığının artırılmasıdır.
Bildirilir ki, hər bir iştirakçı 25 gündən çox olmayan müddətə təlim-məşq toplanışına cəlb olunacaq.