-
- 27-09-2024, 13:34
- 167
Peyk görüntüləri Çinin nüvə sirrini açır
Çinin ABŞ-la dəniz paritetinə nail olmaq səyləri ölkənin ən müasir nüvə sualtı qayığının batmasından sonra ciddi zərbə alıb.
News24.az xəbər verir ki, hadisə, keçən may və ya iyun aylarında Covid-19 epidemiyasının başladığı güman edilən Wuhan yaxınlığındakı Wuchang gəmiqayırma zavodunda baş verib. Səlahiyyətlilərin bunu ört-basdır etmək səylərinə baxmayaraq, peyk görüntüləri sayəsində ortaya çıxdı.
Reuters-ə danışan ABŞ müdafiə rəsmisi, Çinin yeni tip sualtı qayıqlarından ilki olan və ma nevr qabiliyyətini artıran X şəkilli arxa tərəfi ilə seçilən "Zhou" sinifli sualtı qayığın batdığı zaman estakadanın yaxınlığında olduğunu bildirib.
Hər hansı itki olub-olmadığı və ya o zaman sualtı qayığın nüvə yanacağı olub-olmadığı məlum deyil. Xəbəri ilk dəfə dərc edən Amerikanın “Wall Street Journal” qəzetinin məlumatına görə, sualtı qayıq sonda xilas edilib, lakin onun suya salınmasının aylar çəkəcəyi düşünülür.
Günel Məlikzadə