Bu ölkənin sahillərində görünən rus sualtı qayığı SƏS-KÜYƏ SƏBƏB OLDU
    • 23-08-2023, 14:29
    • 130

Bu ölkənin sahillərində görünən rus sualtı qayığı SƏS-KÜYƏ SƏBƏB OLDU

Dünən axşam Finlandiyanın Hanko şəhəri yaxınlığında Rusiyaya məxsus olduğu iddia edilən sualtı qayıq görünüb.

News24.az xəbər verir ki, bu barədə Finlandiyanın YLE ictimai yayım korporasiyası şahidlərə istinadən məlumat yayıb. 

“Səthdə üzən sualtı qayıq Hanko sahillərində gəminin sərnişinlərinin diqqətini çəkib. Milli Müdafiə Universitetinin komandiri Anssi Munkki gəmini tanıyıb. Bu, 1980-ci illərdən istehsal edilən Rusiyanın Kilo sinifli sualtı qayığıdır”, - məlumatda deyilir.

Kilo sinifli sualtı qayıqlar NATO tərəfindən Rusiya sualtı qayıqlarının iki layihəsi üçün qəbul edilmiş kollektiv təyinatdır: “Project 877 Halibut” və “Project 636 Varshavyanka”.

Qeyd olunub ki, Finlandiya körfəzində sualtı qayığın görünməsində qeyri-adi heç nə yoxdur, çünki onlar bərə və gəmilərlə eyni yolda hərəkət edirlər və bu yerdəki dayaz dərinlik sualtı qayıqları səthə çıxarır.

Akqabay