-
- 7-07-2019, 14:11
- 1 172
Bakıda kişidən keçmiş həyat yoldaşına qarşı DƏHŞƏTLİ HƏRƏKƏT – Sifətini yandırdı
Bakıda həyat yoldaşına ağır xəsarətlər yetirən şəxsin barəsində açılan cinayət işinin ibtidai istintaqı başa çatıb. News24.az-ın məlumatına görə, Suraxanı rayonunda keçmiş həyat yoldaşı Xatirə Axundovanın üzərinə turşu maddəsi tökərək onun üzünü və bədənini yandıran Fuad Axundov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3-cü, yəqni qəsdən sağlamlığa ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Novruz Kərimovun icraatına verilib.
qeyd edək ki, 41 yaşlı Fuad Axundov arvadından boşansa da, onu qısqanmağa davam edib. 34 yaşlı Xatirə atasının evinə övladları ilə yaşayb və hadisə baş verən gün Fuad Axundov güclü təsirə malik olan maddəni götürərək qadının yaşadığı Qaraçuxur qsəbəsinə gəlib. O, qadına hücum edərək maddəni onun sifət nahiyəsinə atıb. Qadının üzündə ağır yanıq xəsarətləri yaranıb.