Qarabağ əlilinə cinayət işi açıldı – Arvadına əzab verib
    • 16-01-2020, 18:37
    • 1 055

Qarabağ əlilinə cinayət işi açıldı – Arvadına əzab verib

Abşeron rayonunda həyat yoldaşına əzab verən şəxsə cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, rayon sakini Fuad Əkbərovun həyat yoldaşı T.Əkbərovaya daim ağır işgəncələr verməsi faktı əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.1-ci, yəni, əzab vermə - mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməklə törədildikdə maddəsi ilə cinayət işi açılıb. Artıq Abşeron Rayon Polis İdarəsində aparılan araşdırmalar yekunlaşdırılaraq materiallar baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Vaqif Həsənovun sədrliyi ilə baxılacaq. Hazırlıq iclası 29 yanvar tarixinə təyin edilib.

Qeyd edək ki, barəsində cinayət işi açılan 1976-cı il təvəllüdlü F.Əkbərov Qarabağ əlilidir.